26 iyul tarixində xanım sahibkarların da iştirakı ilə sosial fəaliyyətlərimizə daxil olan 6-cı “Boulinq” çempionatı keçirilib. Çempionat “Dəniz Mall”da fəaliyyət göstərən partnyorumuz “Ontop Bowling”də baş tutub. Çempionatda səmimi mühitdə bir araya gələn partnyorlarımız ən yüksək nəticəni əldə etmək üçün bir-birilərilə rəqabət apararkən həm də biznes yolunda öz ideyalarını və təcrübələrini bölüşüblər.

Rəqabətin ardınca nəticələrə əsasən finalda ən yüksək nəticəni əldə edən şəxs “Baku Stone Factory” şirkətinin icraçı direktoru Sənan Məmmədov olub. Qalibiyyəti əldə edən Sənan bəy kubok və sertifikatla mükafatlandırılıb.

Bu kimi sosial fəaliyyətlərin partnyorlarımızın asudə vaxtlarını xoş və faydalı keçirmələrinə imkan yaratmaqla yanaşı, işgüzar əlaqələrini də gücləndirdiyinə inanırıq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

SCZ
Mobil Broker
VMR Tekstil
Unity Technologies
Çapar Group
KYS
Qolat
Arch Project
İndiqator Avto
Baku Stone Factory
Kovrolin.az
Catering Baku
Amazon Travel
Ledior
İcon Pərdə
Saloni
Şəms Tərcümə
Lassa
Mibella
Global Logistics
Sultanoglu
Bayraktar Holding
Naxış.az
Ailas Group
Al Group
Shane Academy
Garanti Group
Macis Consulting
Lunchef