Ofis Ziyarəti “Medical Media” – 26.07.2023

“Ofis ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarımızla birlikdə “Medical Media” şirkətinin qonağı olduq. Mövcud əlaqələrini gücləndirmək məqsədi ilə bir araya gələn partnyorlar çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşdülər. Daha sonra “Medical Media” şirkətinin rəhbəri Azər Xudiyev özəl TV layihələrin təqdimatı, peşəkar xəbərlərin hazırlanması və bunun kimi xidmətlər haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Azər bəyin rəhbərliyi ilə “Medical Media” şirkətinin studiosunu ziyarət edərək fəaliyyətlərin gerçəkləşdirildiyi məkanlarla yaxından tanış olduq.

Nəzərinizə çatdıraq ki, Medical Media ixtisaslaşmış informasiya resursu olan eksklüziv xəbər şəbəkəsinə malik ilk audiovizual platformadır. Medical Media əhatəli və peşəkar xəbərlərin hazırlanması və yayılması, özəl tv layihələrin təqdimatı, birbaşa vizual təmaslarla həkim ekspertlərlə məsləhətləşmələr, canlı onlayn konfransların təşkili kimi xidmətləri özündə cəmləşdirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Humel Psixologiya Mərkəzi
Kapital Bank
Greenwood
Azestetik Group
Acıbadem Sağlık Grupu
Flame Tour
Tek Group
Prive Steak Gallery
BMZ Collages
14 Store
Medical Media