Ofis və istehsalat ziyarəti “AZANİ” – 01.09.2022

Bu gün tekstil sahəsində fəaliyyət göstərən partnyorumuz “Azani” şirkətinin qonağı olduq. İlk öncə partnyorlarımız bir-birləri ilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra, “Azani” şirkətinin rəhbəri Afət bəy fabrik haqqında ətraflı məlumat verdi və fabrik gəzintisində bizi istehsalatla daha yaxından tanış etdi. Onu da qeyd edək ki, “Azani” şirkətinin istehsal etdiyi məhsul çeşidləri Yapon, Türk və Çin dövlətlərinin istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar vasitəsilə tikilir.

Başda Afət bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

OneAmz
Voice Agency
Dövlət Məşğulluq Agentliyi
İvento
Lunchef Catering
MyKart.az
Moboil
Köynəkçi.az
ADRA