Ofis Ziyarəti “Sharaf Media” MMC – 02.09.2022

Ofis ziyarətlərimiz davam edir. Bu dəfə partnyorlarımızla birgə “Sharaf Media” şirkətində qonaq olduq. Partnyorlarımızın bir-biri ilə yaxından tanış olması, netvorkinq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə həyata keçirdiyimiz ofis ziyarətində şirkətin rəhbəri Sərxan bəy qonaqlara şirkətin fəaliyyəti və xidmətləri haqqında ətraflı məlumat verib.

«Sharaf Media» reklam agentliyi 2012-ci ildən etibarən effektiv və nəticə yönümlü reklam layihələri həyata keçirir. Əsas xidmətləri Google, YouTube, TV və radioda reklamlar, SMM, bilbordlarda reklam, sayt yaradılması və tanıtımıdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Texno Gallery
Dolma Restoranı
YEK Production
Kirpi Tekstil
Green Wood
GST Company
Nastep
AzEstetik
Abşeron Logistika Mərkəzi