Business Breakfast “DineHall” – 01.09.2022

Növbəti “Business Breakfast” görüşümüz “DineHall” restoranında Marsol partnyorlarının iştirakı ilə keçirildi. Partnyorlarımız və qonaqlarımız səmimi mühitdə bir-birlərinin fəaliyyətləri ilə yaxından tanış oldular. Dəvət olunan qonaqların iştirakı tədbirə daha da rəng qatdı. Görüşdə həmçinin Dövlət qurumlarından “Azərbaycan Dövlət Reklam Agentliyi”nin Strateji İnkişaf və Kommunikasiya Şöbəsinin Müdiri Elçin bəy iştirak edib. Təlim hissəsində isə “Good Finance” şirkətinin təsisçisi Vüsal Səlimov “Sahibkarların maliyyə menecmentində diqqət etməli olduğu 5 nüans” mövzusunda öz təcrübələrini bölüşüb. Daha sonra 8 noyabr tarixində start veriləcək “MARSOL Mini Futbol Turniri 2022 “ZƏFƏR” Kuboku” çempionatının təqdimatı edildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Good finance
Qolat
Mibella
Sg Logistika
Antik inşaat
Jet cinema
Zərif Zərgər
Xalq Həyat
Panda school
Express Print
Acıbadem
ADRA
Arter
İndikator avto
Vibrastone
Brandex
Sat Group
Azfinance
Profdez