Ofis və istehsalat ziyarəti – “Veysəloğlu” Şirkətlər Qrupu -“Ulduz” şokolad fabriki – 10.08.2023

Bugün Marsol Group partnyoru olan “Veysəloğlu” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən məşhur “Ulduz” şokolad fabrikində sahibkarlarla birlikdə qonaq olduq.

Fabrikin müşahidə şurasının üzvü İlqar Nuri bizi qarşılayaraq “Veysəloğlu” şirkətlər qrupu və “Ulduz” şokolad fabrikinin zəngin tarixi barədə maraqlı məlumatlar verdi. Məlum oldu ki, bu fabrik Azərbaycanda şokolad istehsalı tarixində mühüm rol oynamışdır.

Daha sonra İlqar bəyin rəhbərliyi ilə istehsalat sahəsinə keçdik və şokoladın hazırlanma prosesi ilə yaxından tanış olduq. Müasir avadanlıqlar, qənnadı məmulatlarının keyfiyyətli istehsalı üçün yaradılmış əlverişli şərait bizdə müsbət təəssürat yaratdı. Fabrikin təmiz və səliqəli iş mühiti diqqətimizi cəlb etdi.

Bununla yanaşı səfər zamanı partnyorlarımız arasında yeni tanışlıqlar oldu, həmçinin şirkət rəhbərləri öz fəaliyyətləri və xidmətləri barədə fikir mübadiləsi apardılar. Ümumilikdə, bu səfər bizə “Ulduz” fabrikinin uğurlu fəaliyyəti və məhsullarının keyfiyyəti haqqında təsəvvür yaratdı.

2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilmişdir.

Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən fabrik, ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər istehsal edərək istehlakçıları illərdir ki, məmnun etməkdədir.

Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal etməkdədir.

This will close in 0 seconds