Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı, sahibkarların iştirakı ilə Lənkərana “Biznes Kamp” təşkil olunub.

Səfər çərçivəsində Masallı Sənaye Parkında fəaliyyət göstərən Əlil Sahibkarlar Təşkilatı ictimai Birliyinin təşkilatçılığı ilə inşa edilən tikiş fabrikini ziyarət etdik. Təşkil olunan görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB Dostu Cavad Əzizov, Astara KOB Dostu Seymur Murtuzayev, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara üzrə direktor müavini Vüqar Xalıqov, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Niyazi Bağırov və Media nümayəndələri iştirak edib. Bununla yanaşı Rayonda fəaliyyət göstərən sahibkarlar da görüşdə iştirak edərək müəssisənin fəaliyyətləri ilə yaxından tanış olublar.

Sənaye bölgəsində şəhid və qazi ailə üzvlərinin işlədiyi, gəbə toxunuş, işçi uniformalarının hazırlandığı tekstil fabrikinə ekskursiya təşkil edilib. Daha sonra Əlil Sahibkarlar Təşkilatı ictimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev müəssisənin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib və çay süfrəsi təşkil edilib.

Həmçinin, paytaxt və region sahibkarlarının iştirakı ilə nahar ziyafəti təşkil edilib. Görüşdə sahibkarlar arasında tanışlıqlar baş tutub.