“Şəxsi effektivliyin artırılması” mövzusunda təlim

“Marsol Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “Marsol Business Club”da Şaiq Zamanov-un təqdimatında “Şəxsi effektivliyin artırılması” adlı təlim keçirilib. Partnyorlar arasında baş tutan tanışlığın ardından təlim çərçivəsində partnyorumuz “SAT Group” şirkətinin təlimçisi Şaiq bəy daha məhsuldar olmaq, doğru hədəflər müəyyən etmək və onlara çatmaq haqqında sahibkarları maarifləndirib. Qeyd edək ki, Marsol Region partnyorları da onlayn olaraq təlimdə iştirak ediblər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Aqualife
BMY Caspian
Proav
Ordubad Bazar
Marry Me
Piramida Reklam
Monyo