Ofis və İstehsalat Ziyarəti “Qayo Group”– 13.07.2022

Bu gün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis və istehsalat ziyarətimiz” partnyorumuz “Qayo Group”da baş tutdu. İlk öncə şirkətin direktoru Vüqar bəy məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Belə ki, Vüqar bəy dövlət əmtəə nişanlı, laboratoriyadan keçmiş, sertifikatlaşdırılmış kompozit vərulon tipli plastik boru və kabel məhsullarının istehsalı prossesində iştirakımıza şərait yaratdı, daha sonra şourumda sərgilənən məhsullar haqqında məlumat verdi.

Həmçinin, Vüqar bəy görüşdə iştirak edən partnyorlarımızı çay süfrəsində qonaq etdi.

Yaradılan şəraitə görə başda “Qayo Group”un direktoru Vüqar bəy olmaqla iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Bravo
Garanti Group
Helind
VMR Tekstil
Enerji – N
Formag
Gens Elektrik
Saf Boya
Vəliev
S – Enna
BMY Caspian
Maurrra Group
Xəyal Media
As Sement