NURLU Perfume Lab, şirkət olaraq Qoşqar Nurlu tərəfindən təsis edilmişdir. 10 ildən çoxdur ki, ətriyyat sahəsində çalışan Qoşqar Nurlu 2017-ci ildə bu sahədə peşəkar parfümer olaraq təhsilinə başlamışdır. Fransanın Qrass şəhərində parfümeriya biliklərinə yiyələnən Qoşqar Nurlu dünya üzrə peşəkar parfümerlərlə çalışmış, onlarla geniş təcrübə mübadiləsində iştirak etmişdir. 2018-ci ilin sentyabr ayında Bakıya qayıdan parfümer doğma şəhərimizdə parfüm laboratoriyası açmaq qərarına gəlmişdir.
Bu laboratoriya Azərbaycanda bir ilk olaraq təsis edilmişdir. Ətriyyatçılığa dair bir çox xidmətləri özündə əks etdirir.
Siz NURLU Perfume Lab-a müraciət etməklə, individual ətrə sahib ola bilərsiniz. İndividual ətir tək bir nüsxədən ibarət ekskluziv formula ilə hazırlanır. Sifarişçinin istəklərinə və xarakterinə uyğun hazırlanan ətirlər şəxsə özəl təqdim olunur. Bununla yanaşı, allergiyası olan uşaqları da unutmamışıq və onlar üçün xüsusi olaraq, tərkibində spirt və allerqen maddələrin olmadığı ətirlər də mövcuddur.
Əlavə olaraq, NURLU Perfume Lab korporativ xidmət göstərir. Buraya, brendlərə məxsus ətir və məkanlar üçün aromatizatorların hazırlanması daxildir.
NURLU Perfume Lab olaraq, qarşımıza qoyduğumuz əsas məqsəd Azərbaycandan dünyaya ətir markaları təqdim etməkdir.

Ünvan: Əhməd Cavid 15 ” City Centre” t/m, 3-cü mərtəbə

Mobil: +994 55 895 55 42

e-mail : [email protected]

Rəy bildirin