“S.A.B.A. şirkəti” MMC 2000 – ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətimiz “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Əminliklə deyə bilərik ki, bu gün şirkətimiz Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutur. “S.A.B.A. şirkəti” MMC öz balansında dondurma istehsal edən fabrikə, dondurma məhsullarının saxlanması üçün iri həcimli soyuducu anbara malikdir. Malik olduğu resurslar hesabına bu gün şirkət nəyinki Azərbaycan, hətta qonşu ölkələrə də məhsul ixrac etmək gücündədir.
Azərbaycan Respublikasının bütün regionlarında şirkətimizin nümayəndəlikləri mövcuddur. Şirkət istehsal etdiyi öz məhsulları ilə regionların dondurmaya olan tələbatını ödəmək gücündədir.
Bir çox tanınmış xarici dondurma istehsalçılarının dа rəsmi distribütorluğu şirkətimizə məxsusdur.
Hər il şirkətimiz öz məhsul siyahısına yeni-yeni dondurma növləri əlavə edir. Bu zaman istehlakçı dondurmanı yeni qablaşdırma kimi deyil, tamamilə yeni növ və yeni dad kimi qəbul edir.

Ünvan: Bakı şəh.Binəqədi ray. Biləcəri qəs., Binəqədi şossesi ev 4A

Telefon: +994 12 406 43 35

Mobil: +994 55 400 71 71

web: www.millenium.az

Facebook : millenium_az

Rəy bildirin