MARSOL kollektivinin Lənkəran səfəri.

MARSOL şirkətinin əməkdaşları olaraq Azərbaycanın cənub bölgəsi olan Lənkərana səfərimiz baş tutdu. Kollektiv olaraq Lənkəranın gözəl məkanları ilə tanış olduq gözəl təamlarından daddıq. Həmçinin MARSOL partnyoru olan “Yaşıl Çay” Fermer Təsərrüfatı ilə tanış olduq. Araz bəy bizi səmimi şəkildə qarşıladı və plantasiya haqqında ətraflı məlumat verdi. Araz bəy Qars müqaviləsinin 100 iliyinə həsr olunmuş xüsusi kolleksiyası olan “Xan Çay” dəstini şirkətimizə hədiyyə etdi.
Gəzintilərimizlə birgə davam edən sosial fəaliyyətlərimiz kollektivimizin daha səmimi ortamda istirahət etməsinə zəmin yaratdı. Beləki, biz MARSOL rəhbərliyi ilə birlikdə mafia oynadıq və otelin əyləncə mərkəzinə daxil olan digər xidmətlərindən istifadə etdik. MARSOL kollektivi olaraq yükşək enerji və yeni layihələrimizlə geri döndük.