Ofis Ziyarəti “SG Logistics” – 18.01.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “SG Logistics” şirkətində baş tutdu. Partnyorlarımız “SG Logistics” şirkətinin fəaliyyəti haqqında şirkətin rəhbəri Hicran bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Hicran bəy dünyanın istənilən regionundan beynəlxalq daşınmalar üzrə xidmət göstərdiklərini qeyd etdi və həmçinin bildirdi ki, şirkət olaraq müxtəlif sektorlar üçün nəzərdə tutulan yüklərin daşınmasını (hava, qarayol, dəniz və dəmir yol) vasitəsi ilə həyata keçirir. Əsas fəaliyyət göstərdiyi ölkələr Türkiyə, Avropa, Ukrayna, Belarus, Rusiya və Çindir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Myziron
Şərq motors
Grow Audit
Qayo inşaat
Top servis
Mvc Group
Nano
SG Logistics