Ofis Ziyarəti “Moon Group” – 13.01.2022

Sahibkarlarla birlikdə korporativ tərzi ilə bir çox tədbirlərin, konfransların, sərgilərin, açılışların təşkil olunmasını, xidmətlərin və məhsulların tanıtımında fərqli iz qoyan “Moon Groupun” qonağı olduq. Beləki, şirkətin rəhbəri Ruslan bəy şirkət haqqında məlumat verərkən qeyd etdi ki, əsas məqsədimiz, regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, bu yolda bütün zəruri enerji və əmək sərf edərək ən çox tərcih edilən şirkətə çevrilməkdir. Həmçinin partnyorlarımız “Moon Groupun” fəaliyyəti ilə yaxından tanış oldular və şirkət tərəfindən promo məhsullar təqdim edildi. Sonda Ruslan bəy MARSOL partnyorlarına xüsusi endirimlərin də olduğunu qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Marsol MMC
Moon Group
Vibrostone
Arter
Love Lokum
İcon Pərdə
Hydra
BHB Media
Həkim Baba Sağlamlıq Mərkəzi