MADO Restoranlar şəbəkəsi

Dünya markası olan MADO, geniş restoran şəbəkəsi ilə uzun illərdir qonaqlarına xidmət edir. MADO, 150 illik təcrübəsinin dondurma sevənlərə təqdim edilməsində ilk vacib addımı 1980-də açılan Yaşar Pastanesi ilə atıb. Özəl resepti, bölgəyə xas vasitələrlə hazırlanan döymə dondurması ilə tezliklə yerli və xarici qonaqların sevilən məkanına çevrilib.
Azərbaycanda bu dadın tanınması 2010-cu ildə ilk restoranın açılışı ilə başlayıb. Keçən dövr ərzində Bakının fərqli məkanlarında 7 şöbə açılıb. MADO Azərbaycan böyükmiqyaslı layihədir və keyfiyyəti saxlayaraq restoran sayının artırılması gələcək planlar arasındadır!
MADO, ölkənin sosial-iqtisadi layihələrinə də quşulur, xeyriyyə tədbirlərində aktiv iştirak edir. 

Orijinal interyer, rahat lokasiyalar, qonaqpərvərlik, daim yenilənən menyu və mövsümi təkliflər Restoranın əsas xüsusiyyətidir. Qonaqlarının rəy və arzularını nəzərə alaraq xidmətləri təkmilləşdirən MADO Azərbaycanda Türk, Azərbaycan və Avropa mətbəxinin ən sevilən təamlarını təqdim edir və qonaqlara hər zövqdə yemək seçmək imkanı yaradır. MADO kollektivi Sizi məkanında qarşılamağı səbirsizliklə gözləyir. Ləzzətlə görüşün!

Mobil: 0513300810

web: www.mado.az

e-mail: [email protected]

Facebook: madoaz

İnstagram: madoazerbaycan

This will close in 0 seconds