Mərakeş Turu – ll gün

Mərakeş səfərinin 2-ci günü partnyorlarımızla birlikdə “Birinci Mərakeş-Azərbaycan Biznes Formu”nda iştirakdan sonra Rabat şəhərində memarlıq və dekorativ üslubu ilə tarixi islam sənətinin ən gözəl nümunələrindən olan abidələri ziyarət etdik. Şəhərdə baş tutan ekskursiyada “Dar əl-Maxzen”, “Həsən” qalası, “V Məhəmmədin məqbərəsi” və Atlantik okeanına doğru baxan “Udayaların Kasbahı”na baş çəkdik. Özünə məxsus ab-havası ilə şəhərə rəng qatan küçələri gəzdik.