Bu gün B2B və B2G formatında onlayn görüşümüz baş tutub. Görüş çərçivəsində regiondan da sahibkarlar iştirak edərək dövlət qurumu nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev və Azərbaycan Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir iştirak edib. Sahibkarlar öz biznes təcrübələrini bölüşüb, fəaliyyətlərində sıx rast gəlinən problemlər barədə müzakirələr aparıblar.

Sonda Marsol Region partnyoru “Sutan Saray”ın təqdimatı baş tutub. Şadlıq sarayının rəhbəri Sultan Sultanov sarayın nəzdində fəaliyyət göstərən ailəvi restoran və kafenin fəaliyyətləri haqqında partnyorlarımızı məlumatlandırıb.Bununla yanaşı iştirakçılara 7-9 dekabr tarixlərində baş tutacaq “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verilib.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds