“İşgüzar Axşam Ziyafəti” – 09.02.2024

9 fevral tarixində günün son fəaliyyəti olaraq 2023-2024 Marsol Group sponsorları üçün “İşgüzar Axşam Ziyafəti və B2B” görüş təşkil etdik.

Görüşdə sponsor şirkətlərlə olan əlaqələri möhkəmləndirmək və yeni iş istiqamətləri haqqında müzakirələr aparmaq imkanımız oldu. B2B formatda iş dünyasının aktual məsələləri, özəl və dövlət təşkilatları arasında əməkdaşlıqlar haqqında fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, “Təhsil Tələbə Krediti Fondu”nun İdarə Heyətinin sədri Araz Paşayev də iştirak edərək fondun fəaliyyət istiqaməti və bu istiqamətdə hal hazırda da davam edən layihələr haqqında məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!