Dəyirmi masa ətrafında B2B görüş – 09.02.2024

9 fevral tarixində dəyirmi masa ətrafında növbəti B2B görüş çərçivəsində tərəflər arasında maraq kəsb edən əməkdaşlıq sahələri müəyyənləşdirilib. Sahibkarlar bir-birilərilə öz biznes təcrübələrini bölüşüb yeni fəaliyyətləri haqqında təqdimat etməsi görüşün daha məhsuldar keçməsinə vasitəçi olub.

Bununla yanaşı, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib. Xüsusilə diqqət Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi”nə cəlb edilib.

Bu kimi tədbirlərin mövcud və potensial tərəfdaşlar arasında əlaqələrin inkişafına önəmli töhfə verəcəyinə inanırıq!

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!