Bugün İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı, partnyorlarımızın iştirakı ilə “Marsol Business Club”da B2B görüşümüz baş tutub. Görüşdə bir araya gələn partnyorlar bir-birlərini tanımaq və biznesləri haqqında müzakirələr aparmaq fürsəti əldə ediblər. Ardınca “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər və imtiyazlar” mövzusunda təqdimat baş tutub. Qarabağ iqtisadi rayonunda sahibkarlara yaradılmış geniş güzəşt və imtiyazlar, habelə dövlət tərəfindən verilən dəstək bu regionda, xüsusən Füzuli kimi işğaldan azad olunmuş şəhərlərdə iqtisadi fəallığın artırılmasında və infrastrukturun bərpa olunmasında mühüm rol oynayır.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərindəuğurlar arzulayırıq.