Marsol Business Club “B2B Görüş” – 12.07.2023

Bugün “Marsol Business Club”da sahibkarların iştirakı ilə B2B görüşümüz baş tutdu. Görüşdə bir araya gələn partnyorlar bir-birlərini tanımaq və biznesləri haqqında müzakirələr aparmaq fürsəti əldə ediblər. Daha sonra Marsol Group-un fəaliyyətləri və xidmətləri haqqında sahibkarlara məlumat verilib. Bununla yanaşı tezliklə partnyorların istifadəsinə veriləcək, səmərəli biznes əlaqələri qurma imkanı hədəfləyən “Marsol+” mobil tətbiqi haqqında təqdimat olub. Mobil tətbiqlə bağlı sahibkarların sualları cavablandırılıb.