İdxal-ixrac əməliyyatları ilə məşğul olan partnyor şirkətlərin növbəti görüşü baş tutub.

Bu gün  “Arion” hoteldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol MMC-nin birgə  təşkilatçılığı ilə idxal-ixrac əməliyyatları ilə məşğul olan partnyor şirkətlərin növbəti görüşü baş tutub.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri də iştirak edib.

Görüş zamanı çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib. Həmçinin sahibkarlara müvafiq dövlət qurumlarının dəstək mexanizmləri barədə də məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!