V “Boulinq” çempionatı keçirilib.

22 iyul xanım sahibkarların da iştirakı ilə “Partners & Business” layihəsi çərçivəsində sosial fəaliyyətlərimizə daxil olan V “Boulinq” çempionatı keçirilib. MARSOL-un təşkilatçılığı ilə Park Bulvarda yerləşən “Sports Cafe”də baş tutan çempionat partnyorlarımızın aktiv istirahət və xoş zaman keçirməsinə istiqamətlənmişdir.

Yarışın nəticələrinə əsasən finalda ən yüksək nəticəni əldə edən şəxs “SR Broker” şirkətinin rəhbəri Rahib bəy oldu. Əvvəldən qeyd etdiyimiz kimi 111 xal üstünlüyü ilə qalib gələn Rahib bəy kubok və sertifikatla mükafatlandırılıb.

Sonda isə sahibkarlar çay süfrəsi masasında ətrafında bir araya toplanıb və oyunla bağlı təəssüratlarını bölüşüblər.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Logitrans
Humel
İT Bridge
Lucky Office Support
Envix
İdeal Dizayn
SR Broker
Garanti Group
BHB
Azestetik
Adelina
Zərif Zərgər
AKK Promotion
SM Fresh oil
Azprint
Smart Group
Engeetech
Zəhrə Klinik
GV Estetik
Atmosfer