Ofis və İstehsalat Ziyarəti “Azprint” – 21.07.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Azprint” şirkətində baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.

Şirkətin rəhbəri Səidə xanım məhsulları haqqında ətraflı məlumat verərək, bizi istehsalatla yaxından tanış etdi. Belə ki, Səidə xanım “Azprint” şirkətinin 17 ildir fəaliyyət göstərdiyini və avadanlıqlarının ən yüksək standartlara cavab verdiyini qeyd etdi. Şirkət mətbəə, iç və çöl reklamı, promo və tekstil üzrə istənilən sifarişləri münasib qiymətə və keyfiyyətli şəkildə yerinə yetirməklə yanaşı, həm də branding, qablaşdırma dizaynı, interyer və eksteryer üzrə mürəkkəb memarlıq dizaynı sahələrində də yüksək peşəkarlığa malik mütəxəssislər komandası tərəfindən həyata keçirilən xidmətlərini təklif edir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Voice Agency
ADRA
Atmosfer
BestComp
189 Kuryer
Azərtexservis
Zəhra Klinikası
Logitrans
Good Finance