Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 07.10.2021

Bu gün şirkətlərin həm netvorkinq əlaqələrinin gücləndirilməsi, həm də, biznesə dair mövzularda öz təcrübələrini bölüşməsi məqsədilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Ofisimizdə qonaq olan partnyorlarımız bir-birlərilə tanış oldu və “Şirkətinizdə komanda ruhunu inkişaf etdirmək üçün hansı texnikalardan istifadə edirsiniz?” mövzusunda öz təcrübələrini bölüşdülər. Bununla yanaşı görüşdə Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy agentliyin fəaliyyəti haqqında sahibkarları məlumatlandırdı və yeni layihələri olan “Məşğulluq marafonu” haqqında danışdı.


İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
İncert MMC
Dövlət Məşğulluq Agentliyi
Emrahoğlu MMC
Bakumart
Novator MMC
Set Group
Diamond Glass Azərbaijan
BLG
Kapital Bank
Kişilər Klubu