Ofis Ziyarəti “Newcond” – 07.10.2021

Bu gün partnyorlarla birgə “ Newcond MMC ” şirkətində qonaq olduq. İştirak edən partnyorlar bir-birlərilə tanış oldu, daha sonra şirkətin texniki rəhbəri İlkin bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi və partnyorlarımızı satış mərkəzində yerləşən məişət kondisionerləri, multi sistemlər, yarımsənaye kondisioner sistemləri, AHU və Fancoil kimi iqlim avadanlıqları ilə yaxından tanış etdi. Həmçinin İlkin bəy bildirdiki, Newcond şirkəti yalnız satışla deyil həmçinin avadanlıqların obyektlər üçün layihələndirilməsini, quraşdırılmasını və servisini həyata keçirir. Sonda isə Marsol partnyorlarına xüsusi endirimlərinin də olduğunu qeyd etdi.


İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Xan Group
Okuklu Holding
In Procon
Baykon İnşaat
Zəfəroğlu İnşaat
Sənaye Mülki Təchizat Tikinti
Enerji N