Ofis Ziyarəti “SR AUDİT SOLUTİONS” – 06.10.2021

Bu gün partnyorlarla birgə “ SR AUDİT SOLUTİONS” şirkətində qonaq olduq.İştirak edən partnyorlar bir-biriləri ilə tanış oldu, daha sonra şirkətin rəhbəri Cahid bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Beləki Cahid bəy “SR AUDİT SOLUTİONS” MMC – nin maliyyə hesabatlarının və vergi risklərinin auditi, mühasibat uçotunun qurulması və aparılması, bütövlükdə uçotun və ayrı-ayrı əməliyyatların auditinin aparılması, vergi risklərinin proqnozlaşdırılması və idarə edilməsi sahəsində yeteri qədər təcrübəsi olduğunu qeyd etdi. Sonda isə MARSOL partnyorlarından bu sahədə dəstəyə ehtiyacı olan şirkətlərə yaxından köməklik göstərəcəklərini bildirdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər

Marsol MMC
Dekoriza
TechMaster
Emlak.az
Crispa snacks