Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 04.08.2021

Bu gün yeni fəaliyyətimiz olan “Dəyirmi Masa və B2B” görüşlərə başladıq. MARSOL Business Club-da mütəmadi təşkil olunacaq “Dəyirmi Masa” görüşlərində hər dəfə fərqli mövzular müzakirə olunacaq. Bugünkü görüşdə günün mövzusu “Böhranda müştəri loyallığını (sadiqliyini) necə qoruyursunuz?” oldu. İştirak edən partnyorlarımız mövzu ilə bağlı öz fikirlərini və təcrübələrini bölüşdülər. Bununla yanaşı gömrük mövzusuna da toxunulub. Daha sonra, görüşdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Anar bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

KOBİA
Print Park
Əhmədoğlu İnşaat
Kababçı Restoranı
Fostanpak
Knexel
FreshAir
Saloni Mebel
ART Jalüz
Zərif Zərgər