Ofis Ziyarəti “Bimtek” – 03.08.2021

Bugün sms xidməti ilə məşğul olan partnyorumuz “Bimtek” şirkətinin ofisində növbəti dəfə qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız özlərini təqdim edərək bir-birlərilə yaxından tanış oldu. Daha sonra “Bimtek” şirkətinin rəhbəri Cenk bəy fəaliyyətləri və xidmətləri haqqında bizlərə ətraflı məlumat verdi və toplu sms xidmətinin üstünlüklərindən danışdı. Başda Cenk bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

VB Consulting
Office Pro
Şəms Tərcümə
Zərif
Marry Me
Atmosfer
Bimtek