Ofis Ziyarəti “Think Wise” – 04.08.2021

Think Wise şirkətində partnyorlarımızın iştirakı ilə ofis görüşü təşkil etdik. Partnyorlarımız şirkətləri haqqında ətraflı məlumat verdi, daha sonra, Think Wise şirkətinin rəhbəri Çingiz bəy fəaliyyətləri haqqında geniş təqdimat etdi.

Qeyd edək ki, Think Wise inkişaf edən biznes konsaltinq şirkətidir. Peşəkar biznes xidmətləri və sahibkarların bizneslə bağlı problemlərinin innovativ həllər ilə aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Azərbaycanın və qonşu ölkələrin çoxsaylı bizneslərinə müsbət təsiri olmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Crispa Snacks
AS Stretch MMC
Kartpak
ThinkWise
Pro Con İzo
Greenwood