Dəyirmi masa ətrafında B2B görüş – 19.01.2024

Marsol Group partnyorları ilə növbəti B2B görüşümüz baş tutub.

Mütəmadi olaraq təşkil olunan bu görüşlərdə onlarla Marsol Group-un gələcək fəaliyyətləri haqqında müzakirələr aparılır, yeni layihələr və turlar haqqında məlumat verilərək bu mövzuda partnyorların təklifləri dinlənilir.

Bu dəfə görüş çərçivəsində iştirakçıları “Marsol Plus” mobil tətbiqi ilə tanış etdik, daha sonra “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırdıq. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!