Ofis Ziyarəti “Lənkəran” – “Mona Hotel & Cottages” – 18.01.2024

Regionlarda fəaliiyətimiz davam edir.

Partnyorlarımızla növbəti ofis ziyarətimiz 18 yanvar tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “Mona Hotel & Cottages”ə oldu. Səmərəli görüş zamanı partnyorlarımız çay süfrəsi ətrafında öz biznesləri haqqında təqdimat edərək tanış oldular.

Dövlət qurumlarından iştirak edən qonaqlarımız da sahibkarlarla həmsöhbət olaraq onların suallarını cavablandırmaqla görüşün daha faydalı keçməsinə, B2G əlaqələrin inkişafına vasitəçi oldular. Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev sahibkarlıq fəaliyyətlərinin inkişafı üçün 2024-cü ildə baş tutacaq yeni layihələr haqqında iştirakçıları məlumatlandırdılar.

Qeyd edək ki, Marsol Region partnyoru “Mona Hotel & Cottages” 20 ədəd əsas, 5 ədəd kotec tipli qonaq otaqlarından ibarətdir. Əlavə olaraq hotel binasının 3-cü mərtəbəsində restoran, açıq tipli hovuz, dənizkənarı çimərliyi də fəaliyyət göstərir.

İştirak edən dövlət qurumları nümayəndələri və partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!