Sahibkarlar yenidən çay süfrəsi ətrafında bir araya gəlib.
Partnyorlar Marsol Group-la olan əməkdaşlıq istiqamətləri, qarşılıqlı faydalı əməkdaşlıq formatları barədə fikirlərini bölüşüblər.
Bununla yanaşı, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib. Xüsusilə diqqət “Marsol Plus” mobil tətbiqi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi”nə cəlb edilib.
Sonda “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında təqdimat baş tutub. Təqdimat çərçivəsində isə “Marsol Development Center” tərəfindən həyata keçirilən “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!