Ofis Ziyarəti “Global Logistics” – 25.01.2024

Bu gün 2023-2024-cü il Marsol Group sponsoru olan “Global Logistics” şirkətində “Ofis Ziyarəti” çərçivəsində partnyorlarımızla bir araya gəldik.

Çay süfrəsi ətrafında davam edən görüşdə şirkətin təsisçisi və direktoru Əbülfəz Allahverdiyev tərəfindən sahibkarlara “Global Logistics” haqqında məlumat verildi. Logistik proseslərin səmərəli qurulması, vaxt və maliyyət itkilərinin azaldılması kimi mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Nəzərinizə çatdıraq ki, “Global Logistics” hava, gəmi, dəmiryol və avtonəqliyyat vasitələri ilə beynəlxaq yükdaşıma xidməti göstərir. Şirkət Azərbaycandan digər dövlətlərə, eləcə də digər dövlətlərdən Azərbaycan Respublikasının istənilən ərazisinə yüklərin korroziyaya uğramadan tam sağlam şəkildə çatdırılımasına təminat verir.

İştirak edən hər kəsə kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mopline
Katana
N-Advert
Globus Travel
Logi Group
Arbitro
Azelektrod
Sweet Boss
Kanat Aliminium
Kral Rent a Car