İyunun 7-si Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüş keçirilib. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir. Bu səfər çərçivəsində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Mangal Steak House”da işgüzar axşam yeməyində Şimali Kipr Türk Cümhuriyyəti...Ətraflı
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) 5 iyun tarixində, Pullman Hoteldə “İnşaat sektorunun təqdimat tədbiri” baş tutub. Tədbir Marsol Group və Paşa Həyat Sığortanın tərəfdaşlığı ilə həyata keçirilib. Tədbirin qonaqları sırasında dövlət rəsmiləri, bir çox dövlət və özəl qurumların nümayəndələri və İCMA üzvləri iştirak edib. İlk olaraq İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təqdimat videosu izlənilib....Ətraflı
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının 3 iyun tarixində, Bakı KOB evində “Tibb və Sağlamlıq sektorunun təqdimat tədbiri” baş tutub. Tədbir Marsol Group və Məlhəm Beynəlxalq Hospitalın tərəfdaşlığı ilə həyata keçirilib. Tədbirdə dövlət rəsmiləri, səhiyyə sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri və İCMA üzvləri iştirak edib. İlk olaraq İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA)...Ətraflı
Mayın 27-si “Bakı KOB evi”ndə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə baş tutan tədbirdə Marsol Group partnyorları...Ətraflı
Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları məzun olub. 4 may tarixində məzuniyyət günü ilə əlaqədar “NextGen” adlı tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, eləcə də gənclərlə birlikdə valideynləri iştirak edib. Tədbir “Şuşam” kamera xorunun Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. Ardınca tədbirin rəsmi hissəsində öz nitiqilə çıxış...Ətraflı
“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib,...Ətraflı
Aprelin 2-si Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group-un rəhbər heyəti arasında görüş baş tutub. Görüş çərçivəsində təhsil proqramlarının keyfiyyət səviyyələrinin müəyyənləşdirilməsi və tələblərin həyata keçirilməsi yönündə fəaliyyətlərlə bağlı Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib. Marsol Group-un təsisçisi Tural Mustafayev də “Marsol Development Center”in həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər...Ətraflı
“Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub. 14 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Fairmont Baku”da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın iştirak etdiyi “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub. Tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri də iştirak ediblər. Tədbir...Ətraflı
“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı martın 7-si Sahibkarlığın İnkişafı Fondu ilə Marsol Group partnyorları arasında görüş keçirilib. Qarabağda layihə həyata keçirmək istəyən şirkətlərin iştirakı ilə baş tutan görüşdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi...Ətraflı
Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə “Bakı KOB evi”ndə keçirilən tədbirdə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin...Ətraflı