Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə görüş

Aprelin 2-si Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group-un rəhbər heyəti arasında görüş baş tutub.

Görüş çərçivəsində təhsil proqramlarının keyfiyyət səviyyələrinin müəyyənləşdirilməsi və tələblərin həyata keçirilməsi yönündə fəaliyyətlərlə bağlı Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Marsol Group-un təsisçisi Tural Mustafayev də “Marsol Development Center”in həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər və dərslər haqqında məlumat verib. Məzmuna əsasən birgə əməkdaşlığın gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarmasına kömək olacağını bildirib, inkişaf etdirilə biləcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bu əməkdaşlığın “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” kimi layihələrin daha effektiv istiqamətləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsinə vasitəçi olacağına inanırıq.