Business Breakfast “MARSOL Business Club” – 02.02.2022

Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” görüş “MARSOL Business Club”- da partnyorumuz “AzEstetik Group” şirkətinin təqdimatı ilə reallaşdı. Şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Daha sonra şirkətin rəhbəri Fariz bəy 4 istiqamətdə fəaliyyət göstərdiklərini qeyd etdi. Belə ki, “AzEstetik Group” olaraq stomatoloji cihazların, kosmetoloji avadanlıqların satışı, kosmetoloji tədris və digər estetik xidmətlər, həmçinin Azərbaycanın №1 Dental laboratoriyasının fəaliyyəti ilə məşğuldur.

Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Səid bəy də iştirak etdi və müəyyən mövzularda müzakirələr edildi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Azestetik Group
Marsol MMC
Emobile
Arenda az
HR Consulting
Sat Group
Smart Systems
KOBİA
Helind
Oneamz