Ofis Ziyarəti “Blum” –02.02.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə, mebel aksesuarları sahəsində fəaliyyət göstərən “Blum” şirkətində baş tutdu. Xanım sahibkarların da iştirakı ilə baş tutan görüşdə partnyorlarımız “Blum” şirkətinin fəaliyyəti haqqında şirkətin rəhbəri Eldəniz bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Eldəniz bəy beynəlxalq şirkət olan “Blum”un Azərbaycanda rəsmi nümayəndəsi olduqlarını qeyd etdi və şirkətin təqdimat videosunu izlədik. Blum, dünyanın 120-dən çox ölkəsində mebel istehsalçıları və distribyutorlarını öz keyfiyyətli məhsulları ilə təchiz edir. Azərbaycanda 245 m2-lik sərgi salonu olan nümayəndəlik ofisi və 3 distribyutor ilə fəaliyyət göstərir.

Görüş sonunda partnyorlarımızla birlikdə şourumu gəzərək şirkətin idxal etdiyi məhsullarla daha yaxından tanış olduq və Eldəniz bəy bizlərə promo hədiyyələrini təqdim etdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Mibella Mebel
Voice Agency
Garanti Group
Estet
Katsan Group
İnci Psixoloji
Azprint
Myziron
MVC Group
Concept Catering