Sosial Fəaliyyət (Mafia) – 01.02.2022

1 fevral partnyorumuz “La Liga Lounge Center”də “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün nəzərdə tutduğu sosial fəaliyyətlərindən olan növbəti mafia oyunu və axşam ziyafəti baş tutdu. Öncə “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.

Partnyorlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. İştirakçılar zamanla təkmilləşmiş və yeni funksiyalı oyun sergiləyərək maraqlı oyun apardılar. Mafia oyunu hər dəfəsində fərqli iştirakçılarla reallaşdığına görə fərqli strategiyalarla qarşılaşırıq və oyun daha da maraqlı olur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

ERZ Mebel
Dekoriza
Emlak.az
Lucky Office Support
Top Servis
MobOil
Sabiroğlu
Şəms Aydınlatma
Texno Gallery
Caspain Enerji Group
Grow Audit
Times Consulting
Pak Xalça