Bugün “Güllü“ restoranında 2022-2023 Marsol Group sponsoru “GFC” şirkəti ilə birlikdə təşkil etdiyimiz “Business Breakfast” görüşündə 40-dan çox partnyor bir araya gəldi. Görüşdə iştirak edən sahibkarlar arasında baş tutan tanışlığın ardından Marsol Group-un gələcək fəaliyyətləri və yerli istehsalatın inkişafını hədəfləyən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verildi. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov və Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət oldular.
Bununla yanaşı partnyorumuz “Maurrra Group” şirkətinin rəhbəri Məhəmməd Allahverdiyev çıxış edərək “Vergi qanunvericiliyi və nağd əməliyyatların aparılması” mövzusunda təcrübələrini bölüşdü. Partnyorlarımız üçün faydalı olduğunu düşündüyümüz təqdimatdan sonra müzakirələr edildi və suallar cavablandırıldı.
Qeyd edək ki, “Maurrra Group” ümumi mühasibat, maliyyə uçotu, audit, marketinq və biznesin təşkili, əmlakın qiymətləndirilməsi və uçota alınması xidmətləri göstərir.
Başda “GFC” şirkətinin rəhbəri Zaur Məmmədov olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
GFC – Global Food Company
One Smart Star
Master Klass Azərbaycan
Maurrra Group
Piramida Reklam
Naxçıvan Bank
İTech Group
Bayraktar Sağlıq Turizmi
Outsite
Pro Glass
Master Cleaning
AKK Promotion
Texno Gallery
Tayqatech
Tuna QSC
Qmeter
Foto Xalça
İvento
A Trading
Fleetstock
Dövlət Məşğulluq Agentliyi
Hellmann Worldwide Logistics
Azdizayn Group
Roof Academy Training
Meqamet ( Qonaq )
Sporta.az
KOBİA
ERZ Ofis Mebeli
Veysəloğlu Holding
Birgə və Sağlam İctimai Birliyi
Azfilter (Qonaq)
Assement (Qonaq)
Mega Həyat Sığorta
Mega Sığorta
WOM – Online Aptek
Agile Solutions