Ofis Ziyarəti “Abşeron Logistika Mərkəzi” – 19.09.2023

Sahibkarlar arasında netvörkinqi gücləndirmək məqsədilə bu dəfə partnyorların “Abşeron Logistika Mərkəzi”ndə bir araya gəlməsinə şərait yaratdıq. Görüş çərçivəsində şirkətin biznes ve satış şöbəsinin rəhbəri Mayis Əhmədov bizi çay süfrəsi ətrafına dəvət edərək müəssisənin fəaliyyətlərindən danışdı. Səmimi mühitdə bir-birilərilə tanış olan sahibkarlar həmçinin şirkətin fəaliyyətləri haqqında fikir mübadiləsi apardılar.

Görüşün davamında müəssisənin anbarını ziyarət etdik. Burada sahibkarlar sənayenin əsas elementlərini, yüklərin saxlanmasını və anbarlama əməliyyatlarını müşahidə etdilər.

Bununla yanaşı görüşdə iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin Bakı və Xüsusi Zonalar üzrə koordinatoru Yusif Bağırov sahibkarlarla həmsöhbət oldu. Həmçinin Yusif bəy sahibkarlara KOB Dostlarının fəaliyyətlərindən danışdı.

2018-ci ildə fəaliyyətə başlayan “Abşeron Logistika Mərkəzi” , beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Arter
RİF Ofis Mebeli
NET KODLAMA AZƏRBAYCAN
Antik İnşaat
Dekoriza
N-Advert
Jetcinema
VMR Tekstil
UNILIFT MHE CENTER
Good Finance
KOBİA
Beynəlxalq Təhsil Mərkəzi