Ofis Ziyarəti “Catering Baku” – 20.09.2023

Xanım sahibkarların da iştirakı ilə bugün keytrinq sahəsində fəaliyyət göstərən “Catering Baku” şirkətini ziyarət etdik. Şirkətin təsisçisi və direktoru Emilya İsmayılova çay süfrəsi ətrafında səmimi mühitdə bir araya gələn sahibkarlara xidmətləri və məhsulları haqqında məlumat verdi. Ardından şirkətin fəaliyyətləri ilə yaxından tanış olan sahibkarlar bir-birilərilə şirkət haqqında fikir mübadiləsi apardılar. Həmçinin görüş çərçivəsində Emilya xanım sahibkarları müxtəlif yemək və qənnadı məhsullarının hazırlandığı mətbəxlə yaxından tanış etdi.

Nəzərinizə çatdıraq ki, “Catering Baku” müxtəlif tədbirlərdə furşet təşkili, kofe breyk, korporativ keytrinq, banket təşkili və kokteyl xidməti göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İcon Pərdə
Ailas Group
Ledior
Shane academy
Bravotech
İdeal Print
Monyo
Hood Academy
Fire Universal Group
Kapital Bank
Marxal Resort Otel