Business Breakfast “Gate 25” – 29.09.2021

Marsol ailəsi  “Gate 25” restoranında business breakfast gərçəkləşdirdi.  Şirkətlər arasında tanışlıqlar oldu, eyni zamanda rəhbərlər öz işləri haqqında məlumat verdi.
Bu görüşdə KOB dostu departamentinin Koordinasiya və Analitika Şöbəsinin baş mütəxəssisi Əbdül Musazadə iştirak etdi, sahibkarlar ilə görüşdü. Sahibkarlar öz suallarını ünvanladılar və maraqlı müzakirələr oldu.
Daha sonra partnyorumuz Eva Business Development Agency-nin rəhbəri Nigar xanım şirkəti haqqında ətraflı məlumat verdi, eyni zamanda marketinq həlləri və SMM mövzusunda maarifləndirici çıxış oldu.

Bu tip görüşlərin təşkil olunmasında əsas məqsəd şirkətlərin netvorkinq əlaqələrinin genişlənməsidir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

New Space Innovation LLC
Texno Gallery
Humel Psixologiya MƏrkəzi
DXN Azərbaycan
Eva Business Development Agency
Beetech
Ant-Company
Novator
Hermes Finance
Grow Audit
Kavrolin.az
Sika
Thinkwise
Eminler Group
VMR Tekstil
SKY Supply
Times Consulting
Mibella Mebel
Sabiroğlu
KOBİA
Dillbill
Pos.az
Sona Cake
Ramissons
Vəlioğlu
Proffer Solitions
Tekaz