Ofis Ziyarəti “Business Finance and Audit” – 28.09.2021

Bu gün partnyorumuz “Business Finance and Audit” şirkətinin ofisində qonaq olduq. Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Aqşin bəy fəaliyyətləri və xidmətləri haqqında məlumat verdi. Bununla yanaşı şirkətlərdə maliyyə məsələlərilə bağlı mövzulara da toxunuldu.

Qeyd edək ki, “Business Finance and Audit” MMC 08.05.2018-ci il tarixindən etibarən fəaliyyətə başlamış və biznes planlanması, maliyyə modellərinin qurulması, maliyyə məsləhətləri, mühasibat uçotunun təşkili, vergi məsləhətləri, hüquqi məsləhətlər və qiymətləndirmə xidmətləri göstərməkdədir. 

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər

Marsol
Business Finance & Audit
Zarif İnteriors
Elka Homes
İvento
Avtotemir.az