Ofis Ziyarəti “Black Rams Uniform” – 29.09.2021

Bu gün Sumqayıtda fəaliyyət göstərən partnyorumuz “Black Rams Uniform” şirkətini ziyarət etdik. Şirkət 2011-ci ildən Sumqayıt şəhərində uniforma istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət hazırlanan məhsulları xarici bazara ixrac etməsi ilə yanaşı ölkə daxilində də bir sıra dövlət qurumları və şirkətləri uniforma ilə təmin edir.

 Partnyorlarımızın iştirakı ilə baş tutan görüşdə tanışlıqlar və yerli istehsalat mövzusunda müzakirələr oldu və daha sonra “Black Rams Uniform” şirkətinin rəhbəri Elgiz bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Abşeron regional koordinatorluğunun koordinatoru Elmar bəy də bizlə birgə görüşdə iştirak etdi və sahibkarlara müəyyən mövzularda məlumat verib, onları maraqlandıran sualları cavablandırdı.

 Sonda isə firmanın istehsalatını gəzərək həm iş prossesi ilə tanış olduq, həm də, istehsal edilən məhsullara yaxından baxış keçirtmək imkanımız oldu. Başda Elgiz bəy olmaqla İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Green Wood
Tuna Company
Abşeron Logistika Mərkəzi
FFF+N
Flayblast
KOBİA