Business Breakfast “Dine Hall” – 24.05.2023

Bu səhər partnyorlarımızın iştirakı ilə Dine Hall restoranında növbəti “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə partnyorlarımız arasında yeni tanışlıqlar oldu. Tərəfdaşlarımız şirkətlərini və biznes sahələrini təqdim etdilər, yeni inkişaf etdirilən əməkdaşlıq və birgə layihələr görüşlərimizin uğurlu olduğunu bir daha sübut etdi. Daha sonra partnyorumuz “Shane Academy”nin rəhbəri Jalə xanım “Marsol Karyera və İnkişaf Mərkəzi” ilə birgə təşkil ediləcək “NASA İzmir” kampı haqqında məlumat verdi.

“Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və partnyorlarımızın suallarını cavablandırdı.

Baş tutan görüşdən sonra partnyorumuz olan “Ontop Bowling”in nümayəndəsi Hüseynağa Əliyev bizi müəssisənin “Dəniz Mall”da fəaliyyət göstərən filialına dəvət etdi və boulinq avadanlıqları, boulinq oyununun tarixi və oyunun gedişatı haqqında ətraflı məlumat verərək partnyorlarımızı maraqlandıran sualları cavablandırdı.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

This will close in 0 seconds