Ofis Ziyarəti “Şərq Motors” – 24.05.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz növbəti ofis ziyarətimiz bu dəfə Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirən partnyorumuz “Şərq Motors” şirkətinin ofisində baş tutdu. Şirkətin rəhbəri Müşviq Quliyev bizi çay süfrəsi ətrafında qonaq edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

Daha sonra görüşdə iştirak edən partnyorlarımız gələcək əməkdaşlıqlara zəmin yaratmaq məqsədilə bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında ətraflı məlumat verdilər. Görüşün sonunda Müşfiq bəyin rəhbərliyi ilə Şərq Motors şirkətinin salonunda servis xidmətləri göstərilən məkanda müasir diaqnostika və təmir avandanlıqları ilə yaxından tanış olduq.

Qeyd edək ki, şirkət 2007-ci ildə “Hyundai Auto Azerbaijan”ın rəsmi dileri, 2010-cu ildə isə “Kia Motors Azerbaijan”ın rəsmi dileri olmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!