Business Breakfast “Kitchen Plus” – 23.05.2023

Bugün xanım partnyorlarımızın da iştirakı ilə keçirilən “Business Breakfast” networking görüşümüz Kitchen Plus restoranında baş tutdu. Partnyorlarımız işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə bir-birləri ilə tanış oldular, bizneslə bağlı fikir mübadiləsi etdilər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi.

Görüş çərçivəsində partnyorumuz “İcon Pərdə Dizayn” şirkətinin rəhbəri Nübar Qurbanova şirkətin fəaliyyətindən danışaraq təqdimat etdi. Sonra isə şirkətin video çarxı nümayiş olundu. Görüşün davamında Marsol Region-un layihələr üzrə koordinatoru Sərdar Qədirov regionlarda həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verdi.Bu tip görüşlərin faydaları böyükdür.

Belə tədbirlər iş adamlarına yeni əlaqələr qurmağa, iddialı layihələr üçün partnyor tapmağa və həmçinin bizneslərini inkişaf etdirməyə kömək edir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Tek Group
Nastep
Humel
Birgə və Sağlam İB
Ailas Group
Baku Electronics (Qonaq)
Garanti Group
World Karyera və Peşə Mərkəzi
İcon Pərdə
Homeguide
Smart Enerji
Modern Hospital
166
Antik İnşaat
Proglass
MVC Group
Ecolife
Catering Baku
Şərəf Media
Concept Catering
Sporta.az
GV Estetik
Master Cleaning
Halal-P