Business Breakfast “DineHall” – 01.02.2023

Bu səhər 40-a yaxın partnyorumuzun iştirakı ilə “DineHall” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Daha sonra dövlət qurumlarından “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan Sərdarlı da görüşdə iştirak edərək SİF-in xidmətləri və layihələri haqqında məlumat verdi.

Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023” və “Marsol Karyera və İnkişaf Mərkəzi” tərəfindən təşkil olunan “Gələcəyin sahibkarları” layihəsi haqqında video təqdimat izlənildi.

Görüşün son hissəsində isə “Şəms Group”-un rəhbəri Nəsimi Həsənov “Sənədlərin apostilləşdirilməsi və leqalizasiyası” mövzusunda təcrübələrini bölüşdü. Mövzuya aid sahibkarların suallarını cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

İmzalı İnşaat
Design Street
Zetaş Yapı
Hikmətoğlu
Amazon Travel
Proneo
Storm Engineering
ERZ Mebel
Rota Group
Unilift
Nano
S-Enna
Piramida Advertising
Acıbadem
Kirpi Tekstil
Profdez
Winsol
Fire Universal Group
Onur Plast
Caspian Clima
Foto Xalça
All Plast
Asstrech
Al Group
Şəms Group
Enerji – N
Qurban.az
KYS Belgelendirme
Sahibkarlığın İnkişafı Fondu
Humel
GV Estetik
Office Pro
TAİM
Shane Academy
Catering Baku