Ofis ziyarəti “AK Piping Materials” – 01.02.2023

Bugün keçirilən ofis ziyarətimizin bu dəfəki ünvanı AK Piping Materials şirkəti idi. Partnyorumuz olan şirkət rəhbərləri ilə birlikdə görüşdə iştirak etdik. Şirkətin nümayəndəsi Elton Namazov bizi və digər partnyorları salamladıqdan sonra şirkətin yarandığı gündən bugünə qədər olan fəaliyyəti haqqında maraqlı məlumat verdi. Ardınca da şirkət məhsulları haqqında geniş müzakirələr aparıldı.

Görüşün sonunda öz işləri haqqında məlumat verdikdən sonra partnyorlara şirkət kataloqlarını payladı.

AK Piping Materials MMC neft/qaz və tikinti sektorlarında təchizatla məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Archiko Academy
İST Services
Almet Trading Baku
Socar Petroleum QSC
BMY Caspian
BF Group